Koreya ilə Azərbaycan arasında statistika sahəsində saziş imzalandı
    • 11-12-2019, 13:29
    • 1 178

Koreya ilə Azərbaycan arasında statistika sahəsində saziş imzalandı

Azərbaycanın Dövlət Statistika Komitəsi ilə Koreya Statistika Komitəsi arasında "Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.

News24.az xəbər verir ki, imzalanma mərasimi "Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi" mövzusunda keçirilən konfrans çərçivəsində gerçəkləşib. Anlaşma Memorandumunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Koreya Statistika Komitəsinin sədri Shin-vook Kang imzalayıb. Memorandum çərçivəsində kadr potensialının gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması, statistikanın istehsalında müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi, məlumat mübadiləsi, birgə konfransların keçirilməsi və s. nəzərdə tutulub.

Afaq Mirayiq