Zeynəb Xanlarova Amerikaya köçdü - Təsdiq edildi
    • 11-12-2019, 23:18
    • 3 735

Zeynəb Xanlarova Amerikaya köçdü - Təsdiq edildi

"Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir”.
News24.az modern.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Milli Məclisinin deputatı, Xalq artisti Zeynəb Xanlarovanın köməkçisi Mələk Bayramova xanım sənətçinin 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmayacağı barədə danışarkən deyib.
Deputatın köməkçisi bildirib ki, Zeynəb Xanlarovanın yenidən deputat seçilmək istəyindən xəbəri yoxdur: "Yaxşı olar ki, bu barədə Zeynəb Xanlarovanın özünə müraciət edəsiniz”.
Qeyd edək ki, dekabrın 28-də Zeynəb Xanlarovanın 83 yaşı tamam olacaq. O, uzun illərdir Azərbaycan Milli Məclisinin deputatıdır. Belə ki, Xanlarova 1985-ci ildən indiyə kimi deputat mandatı daşıyır.
Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.