USD 1.7
EUR 1.8748
TRY 0.2858
RUB 0.0273
  • Bakı 6°C
  • ŞUŞA 2°C
  • GƏNCƏ -3°C
  • LƏNKƏRAN -2°C
  • ŞƏKİ -2°C
  • QUBA 2°C
  • NAXÇIVAN -8°C

Bu magistral yollarda hərəkət MƏHDUDLAŞDIRILACAQ

Sosial

Mətn ölçüsü

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunda yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, hərəkət təmir aparılan hissələr üzrə qismən məhdudlaşdırılacaq.

Bundan başqa Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil 10-30 kilometrlik hissəsində, hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. İşlər bu gün axşam saatlarınadək davam edəcək. Bu müddət ərzində hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

Xəbəri paylaş: