Xalq artisti özünə dəbdəbəli ad günü keçirdi - FOTOLAR
    • 13-12-2019, 10:36
    • 734

Xalq artisti özünə dəbdəbəli ad günü keçirdi - FOTOLAR

Xalq artisti Emin Ağalarov özünə dəbdəbəli ad günü keçirib.

News24.az
xəbər verir ki, 40-cı yaşını qeyd edən sənətçinin ad gününə rusiyalı məşhurlar axın edib.

Bu barədə sosial şəbəkədə yazan sənətçi hər kəsə təşəkkürünü bildirib: "40-cı doğum günümdə dünyanın hər yerindən gəlib yanımda olan dostlarıma təşəkkür edirəm. Çox əyləncəli idi. Bu ad günü üçün ailəm, valideynlərim, sevimli həyat yoldaşım, dostlarım və övladlarıma minnətdaram. İndiyədək qeyd olunan ən yaxşı ad günüm idi".

Sevda Bayramova