Keçmiş məhkumun yeni əməlləri ÜZƏ ÇIXDI
    • 13-12-2019, 11:10
    • 521

Keçmiş məhkumun yeni əməlləri ÜZƏ ÇIXDI

Bu ilin aprel ayında Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini bir qadın ona məxsus evdən 1900 manat pulun oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə həmin hadisənin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış, əvvəllər məhkum olunmuş və hal hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş şəhər sakini Rəhman Xəlilov tərəfindən törədildiyi aşkar olunub.lki

Faktla bağlı araşdırma aparılır.