"Uşaqlığın son gecəsi" filmindəki aktyorun  meyiti tapıldı - TƏFƏRRÜAT
    • 13-12-2019, 15:30
    • 1 689

"Uşaqlığın son gecəsi" filmindəki aktyorun meyiti tapıldı - TƏFƏRRÜAT

Bu gün Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat vermişdik.

News24.az xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən mənzildə meyiti aşkarlanan 1940-cı il təvəllüdlü Atakişiyev Qorxmaz Ələkbər oğlu məşhur Azərbaycan filmi olan “Uşaqlığın son gecəsi” filmində Zaur rolunun ifaçısı olub. Qorxmaz Atakişiyev metronun “Ulduz” stansiyası yaxınlığında yerləşən Elçin İsaqzadə küçəsində kirayə yaşayırmış.

Qonşuların bildirdiyinə görə, o yeriməkdə çətinlik çəkirmiş və son 10 gündə ümumiyyətlə ayaqları tutulub. Məlum olub ki, 79 yaşlı kişi uzandığı divandan yıxılıb və yerindəcə keçinib.

Qeyd edək ki, Qorxmaz Atakişiyev aktyor olmayıb və yalnız bir dəfə - “Uşaqlığın son gecəsi” filmində Zaur obrazını yaradıb. O, elmi fəaliyyətlə məşğul olub və bir neçə universitetdə dərs deyib.