Azərbaycanlı tələbə Türkiyədə öldü - binadan yıxıldı
    • 15-12-2019, 00:28
    • 1 051

Azərbaycanlı tələbə Türkiyədə öldü - binadan yıxıldı

Azərbaycanlı tələbə Türkiyədə bədbəxt hadisə nəticəsində ölüb.
News24.az  "Report"-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı, 1998-ci il təvəllüdlü İsmayıl Əmrahov binadan yıxılaraq ağır xəsarət alıb. İ.Əmrahov xəstəxanada koma vəziyyətində qalsa da, bu gün dünyasını dəyişib.
Məlumata görə, mərhum Türkiyənin Çanaqqala şəhərində ali tibb təhsili alırmış.