Qurban Qurbanov futbolçu oğlundan danışdı:
    • 15-12-2019, 17:05
    • 2 991

Qurban Qurbanov futbolçu oğlundan danışdı: "Oğlum olsun.."

“Musa Qurbanlının "Qarabağ"ın əsas heyətində oynaması ilə bağlı tələsmək lazım deyil. Hərənin öz vaxtı, hazır olma müddəti var”.
News24.az Apasport.az saytına istinadən xəbər verir ki, bunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
47 yaşlı mütəxəssis 2019-cu ilin ən yaxşı məşqçisi seçilməsi bağlı təşkil olunan tədbirdə oğlu Musa Qurbanlının əsas komandaya düşmək perspektivini dəyərləndirib.
O, “Qarabağ”ın ikinci komandasının heyətində mövsümün ilk yarısında I divizionun ən yaxşı bombardiri olan hücumçuya gələcəkdə şans veriləcəyini açıqlayıb:
“Oyunçunu vaxtında meydana buraxmalıyıq. Bir məqamı da qeyd edim ki, futbolda mənim üçün oğul, qardaş, bacıoğlu anlayışı yoxdur. Oğlum olduğuna və mənim prinsiplərimə görə bir addım geridədir, meydana gec buraxılır. Digərlərinə daha çox üstünlük verirəm, nəyinki Musaya.
Üzərində çox çalışır. Layiq olduğu vaxt qarşısını kəsməyəcəyik. Oğlum olsun və ya başqa gənc futbolçu - gələcəkdə şans verəcəyik. Bizimlə yayda Avstriya toplanışından bir yerdə olan 4-5 nəfər gənc var. Bir neçə ilə "Qarabağ"ın 3-4 nəfər gənc və bacarıqlı oyunçusu olacaq”.
Qeyd edək ki, I divizionun arxada qalan 12 turundan sonra M.Qurbanlının hesabında 13 qol var.