Varis bu halda ölən şəxsin borcunu ödəməməlidir - Ekspert rəyi
    • 6-07-2018, 14:26
    • 1 615

Varis bu halda ölən şəxsin borcunu ödəməməlidir - Ekspert rəyi

 Bu gün mətbuatda Azərbaycan Konstitusiya Məhkəməsinin kreditlərlə bağlı qərarı yayımlandı.  Yeni verilmiş qərara əsasən, bundan sonra vəfat edən borclu şəxslərin varisləri kreditin qaytarılmasına görə məsuliyyət daşıyacaq.  Nəzərə çatdıraq ki, Konstitusiya Məhkəməsinin 2015-ci ildə verdiyi qərara görə  borcalan öldüyü halda zamin onun borcuna görə cavabdehlik daşımırdı.
İndi isə vəziyyət bankların xeyrinə dəyişib. Bəs bu haldan istisna varmı? İmkanı çatmayan  varislərin vəziyyəti necə olacaq?

News24.az saytının bu suallarına banklar  üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov cavab verir. Əkrəm Həsənov ilk növbədə Konstitusiya Məhkəməsinin bu qərarını vaxtında verilmiş qərar kimi qiymətləndirdi. Onun sözlərinə görə, qaydalar dəyişsə də mahiyyəti düzgün başa düşmək lazımdır. "Borcalan vəfat etdikdə varisləri krediti ödəməyə məcbur edə bilməz. Hansı şərtlərlə? İndi açıqlayım. Borc alan öldükdən sonra real varis bank qarşısında məsuliyyət daşıyır. Burda vacib məqam ondan ibarətdir ki, əgər vacib istəmirsə varislik hüququndan imtina edə bilər. Bu halda bank borclarını ödəmək məcburiyyətində qalmaz.

İlhamə Rəsulova