Qırğızıstan parlamentinin sədri Azərbaycana səfərə gəlib

Qırğızıstan parlamentinin sədri Azərbaycana səfərə gəlib Siyasət
Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri Dastanbek Jumabekov TÜRKPA-nın Bakıda keçiriləcək 9-cu plenar iclasında iştirak etmək üçün dekabrın 17-də Azərbaycana səfərə gəlib.

News24.az xəbər verir ki, Heyd'r  Beynəlxalq Aeroportunda Dastanbek Jumabekovi Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.