-
- 18-12-2019, 13:40
- 1 123
"Belə şeylərə öyrəşiblər" - Oqtay Əliyev Kərim Abasovu "İYNƏLƏDİ"
"SOY production"un rəhbəri Oqtay Əliyev müğənni Kərim Abasovu məhkəməyə verib.
Bu barədə Kərim şəxsi "Instagram" hesabında paylaşım edərək, məlumat verib. Sənətçi Əliyevi bu cür addım atmasına onun Elçin Əlibəyliyə qarşı işlətdiyi "erməni" ifadəsinin səbəb olduğunu bildirib: "Bu gün ilk məhkəmə prosesi oldu. Hakim işi icraya almadı və rədd etdi. Qəribəsi budur ki, onlara alman, ingilis və ya "çinqaçunq" desəydim, məni məhkəməyə verəcəkdilər. Mənə kimsə "erməni" desə, vecimə olmaz. Ona görə ki, ermənilərlə heç bir qohumluğum və münasibətim yoxdur. Soğan yeməmişəmsə, içim niyə göynəməlidir ki? Oqtay müəllim, yazdığım SMS-də də demişəm, sizə hörmətim olub və olacaq. Gözəl insansınız, Dilarə xanımı da doğmam kimi çox istəyirəm. Amma gərək belə etməzdiniz – sazan ayrı, fazan ayrı. Qardaşınızla aranızda yerlə-göy qədər fərq var. Onu özünüzə tay etməyin".
Məsələylə bağlı Oqtay Əliyev News24.az-a açıqlama verib: "Bu şəxsi məsələdir. Bu haqda nəsə demək lazım olsa, özüm deyəcəm. Həm də mənim üçün bir o qədər də, əhəmiyyət daşımır. O, özü nə istəsə deyə bilər. Bunlar belə şeylərə öyrəşiblər. Heç bir problem yoxdur".
Sevda Bayramova