"Əlində tutulmalar olur" - XALQ ARTİSTİNİN SON DURUMU
    • 20-12-2019, 14:57
    • 1 250

"Əlində tutulmalar olur" - XALQ ARTİSTİNİN SON DURUMU

Xəbər verdiyimiz kimi, Xalq artisti Canəli Əkbərovun səhhətində problemlər yaranıb və hazırda o, Mərkəzi Klinik xəstəxanada müalicə alır.

Əməkdar artist Babək Niftəliyev müəllimin vəziyyəti ilə bağlı News24.az-a açıqlama verib: "Təxminən 10 gün öncə Canəli müəllimin səhhəti pisləşmişdi. Bir balaca əlində problem yaranmışdı, tutulmalar olurdu.  Amma indi, şükür, normaldır. Hələlik həkimlərin nəzarəti altındadır. Sağ olsun Mehriban xanım, müəllimimin səhhətini diqqətdə saxlayır".

Sənətçi onu da deyib ki, bir çoxları Canəli müəllimin xəstəxanada olmasından onun xəstəxanadan paylaşdığl videodan sonra xəbər tutub: "Düzdür, Canəli müəllimin durumu ilə bağlı maraqlananalar çoxdur. Amma mən xəstəxanaya gedtdiyim gün heç bir sənətçini görmədim".

Sevda Bayramova