Prezident “fahişə oğlu” adlandırdığı Obamadan üzr istədi
    • 3-09-2018, 10:18
    • 915

Prezident “fahişə oğlu” adlandırdığı Obamadan üzr istədi

Filippin prezidenti Rodriqo Duterte əvvəllər  kəskin münasibətdə olduğu və "fahişə oğlu" adlandırdığı Obamadan şifahi üzr istəyib.

News24.az xəbər verir ki,  R.Duterte Qüdsə səfəri zamanı Filippin icması ilə görüş zamanı deyib ki, Tramp onun böyük dostu olsa da, Obama çox soyuq persona idi. Dövlət başçısı bir zamanlar onun haqqında söylədiyi "fahişənin oğlu" sözlərini geri götürdüyünü, Obamanı narkotik maddələrin dövriyyəsi ilə məşğul olanlarla Filippin hökumətin mübarizəsi barədə dediklərinə görə bağışladığını söyləyib.

Qeyd edək ki, Filippin prezidenti ölkədə narkotik maddələrin yayılmasına qarşı mübarizə çərçivəsində böyük azadlıq verib. Narkotik ticarətində şübhəli bilinən istənilən şəxsi küçədə hətta daşqalaq edib, sorğu-sualsız öldürmək olar.