-
- 22-12-2019, 15:31
- 1 128
1 milyondan çox seçicinin yeni nəsil şəxsiyyət vəsiqəsi var
“Ölkəmizdə 1 milyondan çox seçicinin çiplə hazırlanmış yeni nəsil şəxsiyyət vəsiqəsi var”.
News24.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında söyləyib. O qeyd edib ki, Azərbaycanda 1,5 milyondan çox vətəndaşa yeni nəsil şəxsiyyət vəsiqəsi verilib:
“Biz bütün məntəqələri yeni şəxsiyyət vəsiqələrini tanımaq üçün çip oxuyan qurğularla təmin etmişik. Onların bələdiyyə seçkilərində səs verməsi ilə bağlı heç bir problem olmayacaq”.
Qeyd edək ki, bələdiyyə səsverməsi sabah səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.