Saat 12:00-dək olan seçici fəallığı AÇIQLANDI
    • 23-12-2019, 12:31
    • 1 528

Saat 12:00-dək olan seçici fəallığı AÇIQLANDI

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək olan seçici fəallığı açıqlanıb.

News24.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, 118 seçki dairəsi üzrə 5049 seçki məntəqəsində seçici fəallığı bu saatadək 18.07 faiz olub.

O, səsvermə hüququna malik 4 972 356 seçicidən bu saatadək 898 542 nəfərinin səs verdiyini diqqətə çatdırıb.