-
- 24-12-2019, 12:10
- 692
Şöbə müdiri: "Gələcəkdə rezidenturaya qəbul balı ARTIRILACAQ
Rezidenturaya qəbul qaydalarında dəyişikliklər olub Dövlət İmtahan Mərkəzində Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev, Rezidentura üzrə sektorun baş məsləhətçisi Nəsimi Məmmədov və KİV nümayəndələrinin iştirakı ilə rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə əlaqədar mətbuat konfransı keçirilib.
News24.az xəbər verir ki, konfransda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Nazirlər Kabinetinin 20 dekabr 2019-cu il tarixli 488 nömrəli qərarı ilə edilmiş dəyişikliklər barədə məlumat verilib.
Bildirilib ki, dəyişikliklərə əsasən rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək. İmtahandan “məqbul” alanlar beş ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılacaqlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas tibb təhsilinin üçüncü kursunu tam bitirmiş tələbələr də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətlindirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnı rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar. Bununla yanaşı ixtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığl balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaq. Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılacaq. Dəyişikliklər 2020-2021-ci tədris ilindən qüvvədədir. Mətbuat konfransında daha sonra Mərkəzin əməkdaşı Nəsimi Məmmədov DİM-in rezidenturaya hazırlaşanlara kömək məqsədi üzrə nəşr etdiyi “İnsan anatomiyası”, “Bioloji kimya”, “Baza fənləri üzrə test toplusu”, “Baza fənləri üzrə test tapşırığı nümunələri onların izahı” və digər nəşrlər haqda məlumat verib.
Natiq Əliyev bildirib ki, hazırda rezidenturaya qəbul olmaq üçün 100 baldan 40 bal toplamaq lazımdır: "2020-2021-ci tədris ilində də rezidenturaya qəbul qaydalarında bu şərt saxlanılacaq. Amma növbəti illərdə balın artırılması məsələsinə baxılacaq: "Növbəti illərdə rezidenturaya qəbul olmaq üçün tələb olunan balın artırılması məsələsinə baxılacaq. 40 bal aşağıdır, dünya təcrübəsinə əsasən bunun üçün 50 faiz bal toplamaq lazımdır. Yəqin ki, növbəti illərdə dəyişiklik ediləcək".
Sevda Bayramova