Bu körpüyə çıxan itlər İNTİHAR EDİRLƏR - Özü də eyni yerdən - FOTO
    • 3-09-2018, 13:20
    • 988

Bu körpüyə çıxan itlər İNTİHAR EDİRLƏR - Özü də eyni yerdən - FOTO

600-ə yaxın itin intihar etməyinə səbəb olan köprünün sirri hələ açılmayıb.

 "İntihar köprüsü" olaraq tanınan bu körpü hüzünlü olduğu qədər sirli olmağı ilə eşidənləri heyrətləndirir.
Şotlandiyanın Milton şəhəri yaxınlığında yerləşən "Overtoun" köprüsü tarixi Overtoun qalasına keçid üçün tək yoldur.
İtlərin intihar etdiyi körpüyə bu səbəbdən turist axını xeyli azalıb.
Körpü 1859-cu ildə inşa edilən gözoxşayan memarlıq abidələrindən hesab edilir. Köprü yerdən 25 metr hündürlükdədir. 
Bu köprünü, sadəcə, itlər intihar etmək üçün seçirlər.

İlk intihar hadisəsi 1950-ci ildə baş verib. Sonradan qəfil bütün itlər bir-birlərinə bənzər ölüm yolunu seçirlər.
Artan intihar hadisələrindən sonra insanlar bunun sirrini tapmağa çalışıb. Gəldikləri qənaət isə "Qalanın içərisindəki pis ruhların itlərin qalaya çatmaqlarını istəmədikləri üçün onları lənətləmələridir".

İntihar edən itlərin sahiblərinin söylədiklərinə görə intihar hadisələri bir-birinə çox bənzəyir. İtlər köprüyə gələnə kimi hər şey normal davam edir. Ancaq köprünün ortasında itlər birdən sürətlə hərəkət edərək eyni yerdən özlərini atırlar.

//Milli.az