Qaradağda yol qəzası -Ölən və yaralananlar var
    • 3-09-2018, 13:52
    • 1 194

Qaradağda yol qəzası -Ölən və yaralananlar var

Bakıda yol qəzası baş verib. 

 Daxili İşlər Nazirliyi xəbər verir ki, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, sentyabrın 3-də Qaradağ rayonunun Lökbatan qəsəbəsinin sakini Bilal Hüseynov idarə etdiyi “AzSamand” markalı avtomobili yolun kənarındakı reklam dirəyinə vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Qaradağ rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.