25 yaşlı gənci bıçaqlayıb qaçdılar
    • 26-12-2019, 00:29
    • 1 167

25 yaşlı gənci bıçaqlayıb qaçdılar

Bakıda bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən "Lotos" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, Hacıqabul rayonu Talış kənd sakini 1993-cü il təvəllüdlü Mayılov Sirac Əlizadə oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.