"Azərbaycanda inflyasiya səviyyəsi optimal həddədir".
News24.az xəbər verir ki, bunu Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının 2019-cu ilin iqtisadi yekunlarına dair Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, inflyasiya səviyyəsi Azərbaycan Mərkəzi Bankının nəzarətindədir:"İnflyasiya səviyyəsi Azərbaycan üçün hazırda nə yuxarı, nə də aşağıdır. Çox yaxşı haldır ki, Azərbaycan Mərkəzi Bankı buna nəzarət edir. Beynəlxalq təşkilatlar da bildirir ki, Azərbaycanda hazırda mövcud olan 2,6%-lik inflyasiya göstəricisi optimaldır. Gələn il Azərbaycanda 4,8%-lik inflyasiya proqnozlaşdırılır".
Mərkəzin icraçı direktoru əlavə edib ki, inflyasiya göstəricisində volatiliyin olması təhlükəlidir: "Həm inflyasiya göstəricisinin kəskin artması, yaxud kəskin azalması eyni dərəcədə təhlükəlidir".
Afaq Mirayiq