"Müsabiqə şəffaf və obyektiv aparılacaq" FƏRƏH ƏLİYEVA
    • 27-12-2019, 10:48
    • 785

"Müsabiqə şəffaf və obyektiv aparılacaq" FƏRƏH ƏLİYEVA

"Müsabiqənin keçirilməsi ölkə başçısının ölkəmizdə aparılan böyük və sistemli islahatlar kursunun bir halqasıdır".

News24.az xəbər verir ki, bu sözləri "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin sədri Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multi-kulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva deyib. F.Əliyeva müsabiqənin şəffaf və obyektiv aparılacağını vurğulayıb: "Yüksəliş"in formatı elədir ki, bu tam şəffaf,  obyektiv aparılan müsabiqə olacaq. Mən buna əminəm və biz hamınız buna inanırıq. Bunun belə olması üçün əlimizdən gələni edəcəyik.

İdarəçilik vərdişləri olan, öz potensialına inan hər kəsi bu müsabiqəyə qatılmağa çağırırıq. Onu da demək istəyirəm ki, kadr ehtiyyatı bankının yaradılması bu sahədə bizim Azərbaycanda mövcud olan potensialı yetərincə dəyərləndirçək üçün ən əlverişli zəmin olacaq".