-
- 3-09-2018, 16:10
- 876
Meksikada uşaq oğurluğu ilə zarafat edənləri yandırdılar - VİDEO
Qəzəbli kütlə uşaq oğurluğunda şübhəli bilinən iki kişini diri-diri yandırıblar. Əvvəlcə Meksikanın Akatlan-de-Osorio şəhərinin sakinləri onları polisə təslim ediblər, daha sonra polis bölməsinin qarşısına 150-yə yaxın şəxs yığılıb.
Yerli sakinlər polis idarəsinin qapısını sındırıb və hər iki şəxsi bayıra çıxarıblar. Daha sonra onların üzərinə benzin töküb yandırıblar. Yayımlanan kadrlarda qisas zamanı insanların sevinclə qışqırması əks olunub.
Ölən şəxslərin 56 yaşlı Alberto Flores Morales və onun 21 yaşlı qardaşı oğlu Rikardo Flores Rodriqes olduğu bildirilib. Məlum olub ki, onların heç bir cinayətdə əli olmayıb. Sərxoş şəxslər yalandan uşaq oğurluğunda iştirak etdiklərini bildiriblər. Polis onları qorumaq üçün heç nə edə bilməyib.
//Oxu.Az