Səhiyyə Nazirliyinə 3888 şikayət daxil olub
    • 30-12-2019, 15:57
    • 709

Səhiyyə Nazirliyinə 3888 şikayət daxil olub

"2019-cu il ərzində Səhiyyə Nazirliyinə daxil olan şikayətlərin sayı açıqlanıb".

News24.az xəbər verir ki, bunu Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov Səhiyyə Nazirliyində keçirilən geniş tərkibli kollegiya iclasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, hesabat ilində Səhiyyə Nazirliyinə müxtəlif məzmunlu 85 mindən çox müraciət daxil olub: "Bu müraciətlərin 36%-ni müxtəlif sorğular təşkil edib və onların əksər hissəsi yerindəcə öz həllini tapıb. Şikayətlə müraciət edənlərin sayı il ərzində cəmi 3888 olub, bu da bütün müraciətlərin 4,5%-i təşkil edib. Dərman təcizatı ilə şikayətlər ötən illərlə müqayisədə kəskin azalıb, şikayətlərin böyük hissəsini əsassız əlillik tələbləri təşkil edib. Minnətdarlıq məktublarının sayında isə ilbəil artım müşahidə olunur".