Bakının mərkəzində ağır qəza - FOTO - VİDEO
    • 4-09-2018, 12:43
    • 1 146

Bakının mərkəzində ağır qəza - FOTO - VİDEO

Bir neçə dəqiqə əvvəl 28 May küçəsində ( Nizami Kino Mərkəzinin arxası) ağır avtomobil qəzası baş verib.

“Vaz 2106” markalı avtomobil qayda pozaraq “Mercedes” markalı maşına yol verməyib. 

Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Qəza zamanı “Vaz 2106”-da 2 sərnişin, “Mercedes”də isə sürücü olub. 

Teymur Məmmədov

FOTO/VİDEO: Nurlan Gülməmmədov