Elnarə ustad dərsləri keçəcək - FOTO
    • 4-09-2018, 13:01
    • 954

Elnarə ustad dərsləri keçəcək - FOTO

Müğənni Elnarə Xəlilova ustad dərslərinə başlayır. Bunun üçün "EL Yaradıcılıq Mərkəzi"nə şagirdlərin qəbulu elan edilib.

İlk növbədə vokal üzrə kastinq başlayıb. Özünə güvənən, istedadı və gözəl səsi olan hər kəs seçimə qatıla bilər. Yaş həddi 5-45-dir.