“Best model of Azerbaijan”ın məşhur münsifləri bəlli oldu - FOTO
    • 4-09-2018, 13:22
    • 3 337

“Best model of Azerbaijan”ın məşhur münsifləri bəlli oldu - FOTO

Səkkiz ildən sonra yenidən keçirilən “Best model of Azerbaijan” müsabiqəsində münsiflər qismində iştirak edən məşhurların adı bəlli olub.

Bu dəfə münsif kürsüsündə Əməkdar artist Tünzalə Ağayeva, şairə Zəhra Bədəlbəyli, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, Fuad Hacıyev və başqaları yer alacaq.

Qeyd edək ki, tədbirin seçim turu 4 sentyabr tarixindən başlayır.

Tədbirin aparıcısı Samir Bayramlıdır.

Layihənin Milli və Beynəlxalq direktoru Aqil Məmiyev, icraçı direktoru Pərviz Əzimzadə, baş prodüseri Rəna Sultanovadır.