“Buta Airways”in təyyarəsi  Həştərxan hava limanından BAKIYA QAYIDIB - YENİLƏNİB
    • 6-01-2020, 14:09
    • 864

“Buta Airways”in təyyarəsi Həştərxan hava limanından BAKIYA QAYIDIB - YENİLƏNİB

Həştərxan hava limanında güclü duman ilə əlaqədar olaraq Bakıya qayıdan “Buta Airways”in J2-9235 nömrəli reys Həştərxana yola düşüb.

Bu barədə News24.az-a “Buta Airways”ddən bildirilib. Məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 13:05-də Həştərxana yola düşüb.

***
12:05
Həştərxan hava limanına enə bilməyən “Buta Airways”in təyyarəsi Bakının hava limanına qayıdıb.

Bu barədə aviaşirkət məlumat yayıb.
Bildirilib ki, təyyarənin geri qayıtmasına səbəb Həştərxan hava limanında güclü dumanın olmasıdır.
Hava gəmisi yerli vaxtla 10:50-də təyyarə Bakının aeroportunda uğurlu eniş həyata keçirib.
Hava şəraitinin yaxşılaşmasından sonra heyətin Həştərxana yola düşəcəyi gözlənilir.

Xatırladaq ki, “Buta Airways” “J2-9235” nömrəli Bakıda Həştərxan reysi həftədə iki dəfə ( Bazar ertəsi və Cümə aşxamı) həyata keçirir.