“Türk axını”ilə bağlı mərasimdə Azərbaycanı Energetika naziri TƏMSİL EDİR
    • 8-01-2020, 10:11
    • 760

“Türk axını”ilə bağlı mərasimdə Azərbaycanı Energetika naziri TƏMSİL EDİR

Energetika naziri Pərviz Şahbazov “Türk axını” qaz kəmərinin açılış mərasimində iştirak məqsədilə Türkiyəyə səfər edib.

Nazirlikdən News24.az-a verilən məlumata görə, bu gün İstanbulda keçirilən mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə yanaşı bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələri də qatılacaq.

“Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. “Turk axını” qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi - Cənubi və Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub.

Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd.m3-dir.