-
- 9-01-2020, 20:20
- 6 316
Cəsədi yandırılan 10 yaşlı Nərminin EVİNDƏN - DONDAR QUŞÇUDAN XÜSUSİ VİDEOREPORTAJ
Gecə saatlarında çəkiliş qrupumuz Tovuz rayonunun Dondar Quşçu kəndinə yollandı. O kəndə ki, baş verən dəhşətli hadisə bütün Azərbaycanı silkələdi. Hər kəs 10 yaşlı balaca Nərminin başına gələnlərə görə göz yaşı tökdü. Hiddətlə bu qandonduran hadisəni törədənlərin cəzalanmasını tələb etdi...
News24.az xəbər verir ki, nə qədər acı olsa da, həmin dəhşətli hadisə haqda öyrəndiklərimizi sizə olduğu kimi təqdim edirik. Vəhşicəsinə, amansızlıqla qətlə yetirilən balaca Nərminin arzuları çox idi. Kim bilir, bəlkə həkim, yaxud yaxşı müəllim olmağı arzulayıb. Valideynləri üçün örnək övlad olmağa çalışıb. Amma o, hər kəsin yaddaşında talesiz, arzuları da cəsədi kimi kül olmuş qızcığaz kimi qaldı...
İlk olaraq ailə başçısı, Nərminin atasını danışdırdıq. Şərif Quliyev ailənin başına gələn müsibətə rəğmən, özünü tox tutmağa, soyuqqanlı görünməyə çalışdı: "Axşam səkkizin yarısında kənd sakinlərindən biri tüstünü görüb, sonra o, digər oğlanı çağırıb. Elə düşünüblər ki, ocaq qalanıb. Sonra yaxından görəndə biliblər ki, uşaq meyitidir. Dərhal polislərə xəbər veriblər. Şübhələndiyim heç kim yoxdur. Ekspertizanın ilkin rəyinə görə, başından zədə alıb".
Nərminin anası Aynurə İsmayılova körpə balasının qatilinin tez tapılmasını istəyir: "Noyabrın 21-i saat üç-dört radələrində qızım itib. Səhər məktəbə özüm yola salmışdım. Amma axşam işdən qayıdanda gördüm ki, yoxdur. Saat 11-də polisə xəbər verdik və o gündən balam yoxa çıxdı. Heç kimə deyə bilmərəm ki, sən mənim uşağımı öldürmüsən. Dövlətimdən, xalqımdan xahiş edirəm ki, uşağımın qanını yerdə qoymasın. Mənim balamı niyə diri-diri yandırıb?! Bir damcı vicdanı varsa, çıxsın etiraf eləsin ki, “mən eləmişəm”. Polislər olmasaydı, bəlkə heç qızımın yanmış meyiti belə tapılmazdı".
Nərmini sonuncu dəfə görən isə ailənin kirvəsi, çoban “malış” ləqəbli Maarif Quliyev olub: "Noyabrın 21-də qoyun otarmağa gedirdim, birdən yolda Nərmini gördüm. Küçənin döngəsinə qədər bir yerdə gəldik, sonra mən sağa döndüm. Nərmin mənə dedi ki, nənəmgilə gedirəm. Daha bilmədim, hansı nənəsinin yanına gedir. Orda ayrıldıq, ondan sonra onu görmədim. Səhəri gün bütün kənd əhalisi ayağa qalxdı ki, Şərifin qızı Nərmin yoxa çıxıb. Şoka düşdüm. Axı bir gün öncə Nərminlə danışdım. Hələ yolda söhbət elədik, soruşdum, dərslərindən neçə alırsan? Dedi, 4-5 alıram. Mən də dedim ki, əgər, yaxşı oxusan, instituta girsən, sənə gözəl hədiyyə alacam. Allah rəhmət eləsin! Onu edənlərin damarında erməni qanı var".
Dəfn mərasimində azyaşlının bacısı, 11 yaşlı Şəbnəm Quliyevanın görünməməsi diqqətimizi çəkdi. Şəbnəm həyətdəki yas mərasimi yalnız evin pəncərəsindən izləyirdi. Balaca qız xüsusi olaraq News24.az-a danışdı. Söhbət böyu göz yaşını saxlaya bilməyən azyaşlı bacısını axtarmaq üçün əmisigilə gedib. Yolda isə sarı rəngdə, naməlum taksiyə rast gəlib: "Sarı taksi idi. Maşında iki nəfər idilər, gözlərində qara eynək vardı, üzü də tüklü idi. Gödəkçəsini də üzünə tutmuşdu deyə üzünü görmədim. Dedilər, maşına min, səni evinizə aparım. Bir neçə dəfə təkrar elədi, mən də ondan qorxdum, minmədim. Birinci Arif əmimgilə getdim, əmim dedi, gödəkçəni qoyub çıxıb. Sonra buraya gəldim, əmim oğlanları Qorxmazla Ayxanın yanına. Onlardan soruşdum ki, Nərmini görmüsünüzmü? Dedilər, bir az olar getdi...Bacım üçün çox darıxıram..."
Nərminin əmisi qızının cənazəsi də babasının evindən götürülüb
Qəribəsi odur ki, Nərminin bizimlə həmsöhbət olan yaxınlarının bəzi dedikləri bir-birinə ziddir. Çünki anası azyaşlının saat 3-4 radələrində itdiyini, atası isə axşam saatlarında onu gödəkçəsinin ardınca göndərərkən yoxa çıxdığını deyir. Daha bir diqqətçəkən məqam isə odur ki, Nərminin Gəncədən gələn əmisi oğlu bizimlə söhbətində Şəbnəmin bəhs etdiyi sarı taksinin görüntüləri kənddəki kameralara düşdüyünü, amma onun nömrəsiz olduğunu bildirib. Kənd adamlarının bəziləri isə heç vaxt kənddə nömrəsiz və sarı rəngli taksi görmədiklərini deyirlər.
Qeyd edək ki, dəfn törəni balaca Nərminin yaşayıb-böyüdüyü həyətdə deyil, ata babasının həyətində keçirildi. Dəfndə bir məqam da diqqətimizi çəkdi. Kənd sakinlərindən iki nəfər azyaşlı uşaqlara cənazə qaldırılarkən qışqıraraq “ölüm”, “cinayətkar”, “Nərminin qanı yerdə qalmasın!” kimi ifadələr səsləndirməyi tapşırırdılar. Nərminin bibisinin bizimlə söhbətində dediyi fikirlər də diqqətçəkən idi. O bildirdi ki, Nərminin qulağında qızıl sırğaları olub, amma meyit tapılanda o sırğalar yoxmuş.
Nərmin son mənzilə “Nərmin üçün susma” çağırısı ilə yola salındı.
Dəfn mərasimində millət vəkili Qənirə Paşayeva da iştirak etdi. O, bildirdi ki, bu vəhşiliyi törədənlər layiq olduğu cəzanı tezliklə almalıdırlar: “Nə danışaq? Sözün aciz qaldığı yerdəyik. Bu, bir ailənin, nəslin, kəndin, rayonun faciəsi deyil. Nərminin başına gələnlər hamımızın faciəsidir. Bu hadisəni törədənləri insan adlandırmaq istəmirəm. Bu, insanlıq əleyhinə cinayətdir. Vəhşiliyi törədənlər layiq olduğu cəzanı almalıdırlar. Eyni zamanda bu cinayətə köməklik edənlər də eyni cəzanı almalıdırlar. Bu, Nərmini geri gətirməyəcək. Onun ailəsinin ağrısını da azaltmayacaq. Amma bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi sadəcə bu ailə üçün deyil, bütün azərbaycanlılarımız üçün vacibdir. On minlərlə insanımız bunu gözləyir. Ailələrində körpə uşaqları, qızları olanlar səksəkə içindədirlər. Bu məsələ ən yüksək səviyyədə Respublika Prokurorluğunun və Daxili İşlər Nazirliyinin nəzarəti altındadır. Bakıdan gələn ekspert qrupu bir neçə saat orada işlədi. Ekspertiza üçün lazım olan hər şey götürüldü. İnanırıq ki, bu cinayəti törədənlər yaxın zamanlarda tapıılacaq və layiq olduqları cəzanı alacaqlar. Cəmiyyət də bunu görəcək. Bu, çox vacibdir. Nərminin faciəsi, üzüntüsü hamımızın ağrısıdır”.
Yüzlərlə insan içində Nərminin ana nənəsinin vəziyyəti ürək ağrıdan idi. Sanki məsum qızçığazın ölümü ən çox onu sarsıdıb. Azyaşlının həyatı, yaşadığı yer hər kəsə maraqlı olduğunu nəzərə alaraq, Nərmingilin evinə yollandıq. Amma mərhum azyaşlının atası evdə çəkiliş aparılmasına icazə vermədi.
Onu da deyək ki, Nərminin cənazəsinin öz evlərindən yox, baba evindən qaldırılmasına da aydınlıq gətirməyə çalışdıq. Mərhumun yaxınları bunun ailə ənənəsi olduğunu dedi. Bildirdilər ki, həmin evdən illər öncə də daha bir nəvənin cənazəsi qaldırılıb. Nərminin əmisiqızı Elnurə Quliyeva 2004-cü ildə xərcəng xəstəliyindən dünyasını dəyişib.
Son olaraq onu demək istəyirik ki, nəyin doğru, nəyin yanlış olduğunu araşdırmaq hüquq-mühafizə orqanlarının işidir. Biz yalnız gördüklərimizi və eşitdiklərimizi olduğu kimi sizə çatdırdıq.
Qeyd edək ki, cinayət hadisəsi ilə bağlı araşdırmalar davam edir.
Tovuz, Dondar Quşçu kəndi
Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov