Bakıda kişi ilə qadını şantaj edən “Seyid” TUTULDU
    • 11-01-2020, 11:32
    • 1 708

Bakıda kişi ilə qadını şantaj edən “Seyid” TUTULDU

Bakıda 2 nəfəri şantaj edərək pul tələb edən şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Mircavad Muradlı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.2-ci, yəni, hədə-qorxu ilə tələb etmə - təkrar törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Mircavad Muradlı “Seyid” adı ilə tanınıb. O, Məmmədov.M və Məmmədova.F adlı şəxsləri şantaj edərək pul tələb edib. Hər iki şəxs zərərçəkən şəxs qismində tanınıb.