Son dəqiqə! Türkiyədə zəlzələ oldu
    • 11-01-2020, 19:07
    • 866

Son dəqiqə! Türkiyədə zəlzələ oldu

Bu gün Türkiyədə zəlzələ olub.


News24.az xəbər verir ki, “Sabah”ın yaydığı məlumata görə, yerli vaxtla saat 16:39-da baş verən zəlzələ əsasən İstanbulda hiss olunub.


Təxminən 20 saniyə çəkən və 4,7 bal gücü ilə qiymətləndirilən zəlzələnin episentri dənizdə olub.


Zəlzələ nəticəsində İstanbulda böyük həyacan yaşanıb.


Sosial mediada zəlzələ ilə bağlı çoxlu sayda paylaşımlar edilsə də, hələlik itkilər haqqında məlumat yoxdur.