"Efirə çıxıb ağlasam, ev istəsəm, mənə deməzlər ki..." ELNARƏ ABDULLAYEVA
    • 13-01-2020, 18:26
    • 1 631

"Efirə çıxıb ağlasam, ev istəsəm, mənə deməzlər ki..." ELNARƏ ABDULLAYEVA

"Mənə sual veriləndə çalışıram ona özümə uyğun şəkildə cavab verim. Heç vaxt kiməsə atmaca atmamışam. Hər zaman sənət yoldaşlarım haqda müsbət fikirdə olmuşam. Çünki dünyaya hər kəsin bir baxış bucağı var". 

Bu sözləri News24.az-a açıqlamasında Əməkdar artist Elnarə Abdullayeva deyib. O, vaxıilə söylədiyi qalmaqallı "Oğluma müğənni qız almaram" fikirinə də münasibət bildirib: "Sözüm markaya çevirilidi (gülür). Düşünmürəm ki, fikirim kiminsə açığına gələ bilər. Axı, siz nə bilirsiniz, mən onu nə mənada demişəm?! Siz niyə hər şeyi pis yerə yozursunuz?! Mən istəyirəm ki, evə gələndə gəlinim qabağıma bir stəkan çay qoysun. Daha evə mənimlə birgə toydan  qayıtmasın. Mən sözümü deyirəm, vəssalam. Pulum çox olsa, ev alıb gəlinimi ayıracam".

Əməkdar artist "Elnarə Abdullayeva evində dörd - beş qulluqçu saxlayır" fikirinə də toxunub: "Mən də sizin kimiyəm. Bu gün beş manatım olsa, yaşayacağam, olmasa yox. Acığıma gəldi o sözlər. Çünki elə bir şey yoxdur. Əgər, gedib kiminsə qapısında oxuyuramsa, deməli, mən də qulluqçuyam. Deyirdilər, altı mərtəbəli villa tikdirirəm. Əgər, həqiqətən də elə bir şey varsa, deməli ,onu halal haqqımla etdirirəm. Heç kimin cibinə girməmişəm, ailəsini dağıtmamışam. Ev tikdirirəmsə, deməli, xalq məni sevir. Altı mərtəbə deyil, amma ev tikdirirəm. 10 il sonra efirə çıxıb ağlasam, ev istəsəm, mənə deməzlər ki, "Sən yaxşı sənətkar idin, sənin pulların hardadır? İnanın ki, mən onu eləməyə utanaram. Çünki bizdən çox şəhid ailələrin, fiziki məhdudiyyətli insanların mənzilə ehtiyacı var. Onsuz da qocalanda dövlət bizi evlə təmin edir".

E. Abdullayeva çəkdirdiyi bulaqdan da söz açıb: "Vaxtıilə bizdə köhnə bir məscid vardı,i onu sökdürdük, bərpa etdik, həyətini düzəltdirdik. Bunu edəndə heç kim bilmirdi, amma suyu çəkəndən sonra hər kəs xəbərdar oldu. Bunların hər biri bir növ dəvət, çağırışdır. Təki hər kəs gözəl iş görsün. Deyirlər ki, "özünü reklam edir", axı, bu insan özünü kiməsə göstərirsə, gedib bahalı maşın, villa alar, su niyə çəkdirir?! İnsan iş görəndə kiməsə görə yox, özünə görə eləməlidir. İnanın ki, bir də əlimə belə bir fürsət düşsə, yenə edərəm".

Sevda Bayramova