-
- 13-01-2020, 22:36
- 1 533
Kraliça səssizliyini pozdu: "Mən Harri ilə Meqanın istəyini tamamilə.."
Böyük Britaniya kraliçası II Yelizaveta şahzadə Harri və həyat yoldaşı Meqan Marklın krallıq imtiyazlarından imtina etməsi və daha çox şəxsi həyata üstünlük vermək qərarlarını dəstəklədiyini ifadə edib.
News24.az xəbər verir ki, bu açıqlama kral ailə məclisinin nəticələrindən sonra verilib.
“Ailəm və mən Harri ilə Meqanın gənc bir ailə olaraq yeni bir həyat qurmaq istəyini tamamilə dəstəkləyirik. Onların kral ailəsinin tamhüquqlu üzvləri olaraq qalmasını istəsək də, daha müstəqil bir həyat sürmək istəklərinə hörmət edir və başa düşürük”- açıqlamada bildirilir.
Kraliça ayrıca İngiltərədə və Kanadada yaşayacaqları müddəti Harri və Meqan Markl üçün “keçid dövrü” adlandırıb. Bunun necə olacağına dair son qərar yaxın günlərdə gözlənilir.
Qeyd edək ki, şahzadə Harri və Meqan Markl kral ailəsini tərk etmək istəklərini yanvarın 8-də elan ediblər.
/Oxuaz/