Kriminal aləmə meyilli şəxslər narkotiklə tutuldu - ŞƏKİDƏ - FOTO
    • 16-01-2020, 12:23
    • 820

Kriminal aləmə meyilli şəxslər narkotiklə tutuldu - ŞƏKİDƏ - FOTO

Şəkidə kriminal aləmə meyilli olan şəxslər narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, Şəki şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri keçirilib. Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, 31 yaşlı Rafiq Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Araşdırmalarla ona həmin narkotik vasitəni satan şəxsin 37 yaşlı şəhər sakini Polad Əfəndiyev olduğu müəyyən olunub.

P.Əfəndiyev də şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilb. Şəxsi axtarış zamanı ondan da heroin aşkarlanıb. Faktla bağlı ŞRPŞ-nin İstintaq Bölməsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.

Qeyd edək ki, həmin şəxslər cinayətkar aləmə meyilliliyi ilə diqqət çəkirlər. Belə ki, Polad Əfəndiyev əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşayıb.