“Anadolu” Agentliyinin Qahirə ofisinin Türkiyə vətəndaşı olan əməkdaşı ölkəsinə qayıdıb - YENİLƏNDİ
    • 17-01-2020, 11:20
    • 723

“Anadolu” Agentliyinin Qahirə ofisinin Türkiyə vətəndaşı olan əməkdaşı ölkəsinə qayıdıb - YENİLƏNDİ

Misirdə Türkiyənin “Anadolu” Xəbər Agentliyinin (AA) Qahirə ofisində həbs edilib dünən azadlığa buraxılan Hilmi Balçı bu sabah Türkiyəyə qayıdıb. 


Qahirə Ofisinin maliyyə və idarəetmə işləri üzrə məsul şəxsi Hilmi Balçı bildirib ki, həbsdən buraxılmasında başda Türkiyə Prezidenti olmaqla bir çox rəsmi qurumların dəstəyi olub.

09:43
 
Misirdə Türkiyənin “Anadolu” Xəbər Agentliyinin (AA) Qahirə ofisində həbs edilən 4 əməkdaşından biri - Türkiyə vətəndaşı Hilmi Balçı azadlığa buraxılıb. 

AA-nın rəhbəri Şenol Kazançı bildirib ki, digər 3 əməkdaşın da zəmanətlə buraxılması gözlənilir. Şenol Kazançı AA əməkdaşlarının həbsini beynəlxalq hüquqa zidd hesab etdiyini və bununla əlaqədar lazım olan tədbirlərin görüləcəyini bildirib.

Xatırladaq ki, yanvarın 14-də Misirdə polis əməkdaşları AA-nın Qahirə ofisində əməliyyat keçirib, agentliyin 4 əməkdaşı naməlum istiqamətə aparılıb. Əməkdaşları terrorla əlaqədə ittiham etməklə polis ofisdəki təhlükəsizlik kameraları və interneti qapamaqla orada araşdırma aparıb. 
BMT başda olmaqla bir çox beynəlxalq təşkilat bu hadisəni pisləyib. /APA/