Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru ÖLDÜRÜLDÜ
    • 17-01-2020, 15:45
    • 696

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru ÖLDÜRÜLDÜ

Yerevanın Paruyr Sevak küçəsindəki evlərdən birində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyanın meyiti tapılıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. G.Kutoyanın cəsədindən silah izləri aşkarlanıb.

Madiada yayılan xəbərlərə görə, Georgi Kutoyan intihar edib. Hadisə ilə bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Gerogi Kutoyan 2016-cı ilin fevralından 2018-ci ilin mayına qədər şöbəyə rəhbərlik edib. Məxməri inqilabdan sonra onu Artur Vanetsyan əvəz edib.