Siyəzəndə zəlzələ oldu
    • 20-01-2020, 22:29
    • 1 445

Siyəzəndə zəlzələ oldu

Yanvarın 20-də Siyəzən rayonu ərazisində maqnitudası 3.1 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən News24.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 20:53-də Siyəzən stansiyasından 18 kilometr cənub-şərqdə qeydə alınıb.
Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.