-
- 7-07-2018, 11:50
- 1 882
Şəkər xəstələri şikayətçidir-Bizə dərmanla təmin etmirlər
Azərbaycanda ildən-ilə artan diabet xəstələrinə şəkər ölçən aparat, insulin iynələri və şprislərlə təminatı Səhiyyə Nazirliyinin dövlət proqramı çərçivəsində pulsuz həyata keçirilir.
Hər ay şəkər xəstələri qeyddiyat üzrə yaşayış ərazisindəki poliklinikaya gedərək, endokrinoloq tərəfindən müayinə olunur, dərmanlar yazılır və böyük əziyyətlə növbələrdən keçərək su-hava kimi vacib olan dərmanını ala bilir.
Qeyd edək ki, diabetli xəstə kimi dövlət qeydiyyatına durmayan xəstələrə pulsuz dərman verilmir. Qeydiyyatdan keçməyən xəstələr onlara lazım olan dərmanları apteklərdən özləri almalı olur.
News24.az xəbər verir ki, artıq 2 aydır ki, diabet xəstələrinə dərmanların verilməsində ciddi problem yaşanır. Bizə daxil olan şikayətlərdən sonra Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova ilə əlaqə saxladıq.
S. Əhmədova bildirdi ki, “Bizə hələ nazirlik tərəfindən tam açıqlama verilməyib. Mənə açıqlama verilən kimi mətbuata xəbər verəcəm. Məlumat var, həmin məlumatı araşdırırıq” deyə qeyd edib.
Elvin Nüsrətoğlu