Azərbaycanlı aktyor verilişlərdən şikayətləndi: "Xəstələrin, mavilərin ümidinə qalıb"
    • 6-09-2018, 17:02
    • 1 802

Azərbaycanlı aktyor verilişlərdən şikayətləndi: "Xəstələrin, mavilərin ümidinə qalıb"

Aktyor Rəşad Kəsəmənli kəskin açıqlama edib. 

News24.az xəbər verir ki, aktyor televiziyalarda yayımlanan verilişlərdən gileylənib:

"Elə bir zamana gəlib çıxmışıq ki, ağıllılar yox, ağlı olmayanlar təbliğ olunur. Elə ondansa, məsləhət görərdim ki, psixiatrik xəstəxanaya aparıb kamera qoyaq veriliş çəkək. Heç dekorasiyaya da pul xərcləmək lazım gəlməz. Reytinq yüksək olar. Gör, nə günlərə qalmışıq ki, efir vasitəsilə maariflənmə xəstələrin, mavilərin ümidinə qalıb. İndi sağlam düşüncəli uşaq böyüdün görüm necə böyüdürsüz. Hə, bu arada harada elə maviləri görsəniz, şəkil də çəkdirin. Yoxsa, başqalarından geri qalarsız".

Teymur Məmmədov