200 manatlıq əskinazları yerə səpən gənc danışdı – “O pullar…” – VİDEO
    • 6-09-2018, 18:00
    • 2 034

200 manatlıq əskinazları yerə səpən gənc danışdı – “O pullar…” – VİDEO

Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə 200 manatlıq yeni əskinazları yerə səpələyən gəncin videosu yayılıb. 
Videonu Azərbaycan Dövlət İqtisad Universitetnin tələbəsi olan İlkin Süleymanov çəkib. İlk başda hər kəs videonun sahibinin varlı biri olduğunu, manatı təhqir etdiyini düşünsə də, əslində məsələ tam fərqlidir.

 19 yaşlı İlkin videonun necə yayılması ilə bağlı danışıb: "Dostumla maşın almağa gedirdik. Ümumi 15 min manat idi. Hamısı da onundur. İlk dəfə 200 manatlıq əskinaz gördüm, hamı da bu puldan danışırdı, maraq üçün videosunu çəkdim. Başqa heç bir məqsədim olmayıb. Sadəcə kiçik video çəkib, "instagram” hesabımda paylaşdım. Sonra necə oldusa yayıldı, hər kəs məni tənqid etdi. Hətta məsələdən agah olmayanlar şərhlərdə haqqımda nalayiq ifadələr işlədiblər. Mən varlı övladı deyiləm. Təhsil haqqımı heç verə bilməmişəm. Səhv etdiyimin fərqindəyəm, belə olacağını bilsəm heç o videonu çəkməzdim. Pis niyyətim olmayıb”.

İlkinin anası kasıb bir ailə olduqlarını, oğlunun səhv etdiyini deyib: "Kasıb ailəyik, istəyən gəlib evimizlə, yaşantımızla tanış ola bilər. Biz o 200 manatlardan birini belə görməmişik. İlkinin təhsil haqqını heç tam ödəyə bilmirik, 500 manat borcumuz qalıb. Atası şəkər xəstəsidir. Fəhlə adamdır. Oğlum dostu ilə maşın almağa gedib. O pulları görüb, 19 yaşı var, gəncdir, səhv edib video çəkib, paylaşıb. İndi hər yerdə onu qınayırlar. Məndən də gizlədib olanları, indi öyrəndim. Hər kəsdən xahiş edirik, məsələ bağlansın”.

//minval.info