"Bakıda yerdə qar örtüyü olmayacaq"- Umayra Tağıyeva
    • 24-01-2020, 12:43
    • 1 508

"Bakıda yerdə qar örtüyü olmayacaq"- Umayra Tağıyeva

"Yanvarın 24-dən 25-ə keçən gecə Bakıda və Abşeron yarımadasında sulu qar yağacağı üçün yerdə qar örtüyü olmayacaq".

News24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, prosesin qısa müddətli olmasını nəzərə alaraq qar örtüyünün əmələ gəlməsi ehtimalını azdır: "Amma respublikanın Şimal və Cənub, Şimal-qərb bölgələrində, dağlıq və dağətəyi yerlərdə, Naxçıvan Muxtar Respublikasında artıq qar örtüyü əmələ gəlib və gün ərzi də prosesin davam etməsi nəticəsində axşama qədər qar örtüyünün hümdürlüyü artacaq. Lakin yanvarın 25-dən sonra havanın temperaturu qalxacağı üçün qar örtüyü davamlı olmayacaq".

Afaq Mirayiq