Gəncədə uşaqları bir-birinə bağlayan tibb işçiləri cəzalandırıldı
    • 24-01-2020, 16:46
    • 1 033

Gəncədə uşaqları bir-birinə bağlayan tibb işçiləri cəzalandırıldı

Gəncə Şəhər 2 saylı Körpələr evində körpələrin bir-birinə bağlanması ilə bağlı rəsmi məlumat yayılıb.

Gəncə Şəhər 2 saylı Körpələr evindən News24.az-a verilən məlumata görə, yayımlanan video və şəkillərlə bağlı xüsusi komissiya yarıdılıb. Bildirlir ki, araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təstiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması aşkar olunub və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb.

"Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına münasibət bildirərək qeyd edək ki, uşaq evində bu məsələ ilə bağlı ciddi problem yoxdur.

Müəssisədə xırda təmir bərpa işləri aparılıb, körpələr evi isti su ilə, kombi sistemi və müasir istilik sistemi ilə təmin olunub.

Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir. Qeyd edək ki, uşaq evində valideynləri tərəfindən atılan üç yaşa qədər olan uşaqlar saxlanılır".