Prezident Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin təxliyəsi ilə bağlı TAPŞIRIQ VERDİ
    • 25-01-2020, 14:45
    • 1 219

Prezident Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin təxliyəsi ilə bağlı TAPŞIRIQ VERDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görülür.

News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.  

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.