Cəlilabad sakinindən SİLAH GÖTÜRÜLDÜ
    • 25-01-2020, 15:13
    • 1 163

Cəlilabad sakinindən SİLAH GÖTÜRÜLDÜ

Cəlilabadda qanunsuz silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Günəşli kəndi ərazisində qanunsuz ov edən kənd sakini Ş. Hüseynov saxlanılıb.

Ondan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.