Elazığdan təxliyyə edilən tələbələrimiz artıq Naxçıvandadılar
    • 26-01-2020, 10:32
    • 981

Elazığdan təxliyyə edilən tələbələrimiz artıq Naxçıvandadılar

Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ baş verən bölgəsindən təxliyəsi davam edir. Elazığ-Naxçıvan marşrutu ilə vətəndaşlarımızı daşıyan birinci avtobus yanvarın 26-da yerli vaxtla saat 06:00 radələrində İğdıra çatıb və oradan Naxçıvana keçib.


News24.az xəbər verir ki, vətəndaşlarımız Azərbaycanın Qarsdakı baş konsulluğunun əməkdaşları tərəfindən qarşılanıblar.


Təxliyə olunan Azərbaycan vətəndaşları Naxçıvandan təyyarə ilə Bakıya yola salınacaqlar.
Qeyd edək ki, bu vaxtadək Elazığ-Naxçıvan marşrutunda üç avtobus yola düşüb. Sonuncu avtobus yerli vaxtla saat 23:00-da təbii fəlakət bölgəsini tərk edib. Vətəndaşlarımızın Türkiyəni tərk etmək üçün sənədləri qaydasındadır. Yola salınanların əksəriyyəti tələbələrdir.


Qeyd edək ki, hadisədən dərhal sonra Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradılıb. Əlaqədar şəxs Mürşüd Məmmədov, əlaqə nömrəsi: 00905526792565.


Təbii fəlakət bölgəsini tərk etmək istəyən digər vətəndaşlarımızın istəyinə uyğun olaraq tədbirlər müvafiq qaydada davam etdirilir.