SON DƏQİQƏ! AZAL Çinə uçuşları - DAYANDIRDI
Sosial
AZAL Pekinə səyahət etmək istəyən sərnişinlərə müraciət edib.
News24.az xəbər verir ki, müraciətdə sərnişinlərin aviabiletlərinin tarixini dəyişdirə və ya cəriməsiz qaytara biləcəkləri qeyd edilib: "Çindəki epidemioloji vəziyyət səbəbindən “Azərbaycan Hava Yolları”nın 28 mart 2020-ci il tarixinədək yerinə yetirilən reyslərinə aviabilet əldə etmiş sərnişinlər uçuş tarixlərini dəyişdirə və yaxud aviabiletləri cərimə olunmadan geri qaytara biləcəklər.
⠀
Aviabiletlərin geri qaytarılması üçün biletin alındığı kassaya müraciət edə, onlayn alındığı təqdirdə isə müştəri xidmətləri ilə [email protected] elektron poçt ünvanı və yaxud saytımızdakı əks əlaqə forması vasitəsilə əlaqə saxlaya bilərsiniz: https://help.azal.az/hc/az/requests/new
⠀
Həmçinin qeyd etmək istəyirik ki, hər il fevral ayında “Azərbaycan Hava Yolları” Bakı-Pekin-Bakı marşrutu üzrə reyslərin həyata keçirilməsini müvəqqəti olaraq dayandırır.
⠀
Bu, qeyd olunan ölkədə bayramlarla əlaqədar tələbatın aşağı düşməsi ilə izah olunur.
⠀
Beləliklə, əvvəlki illərdə olduğu kimi, fevral ayından Çinin paytaxtına reyslər dayandırılacaq və martın 8-dən etibarən yenidən fəaliyyətə başlayacaq".