-
- 29-01-2020, 14:49
- 1 235
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI
Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter” səhifəsində məlumat paylaşıb.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edirlər.
XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, dünən E.Məmmədyarov da ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.