-
- 29-01-2020, 19:09
- 9 678
“Azərbaycan xanımları göstərişi və əməliyyatları çox sevirlər” - İVANA SERT- MÜSAHİBƏ - FOTOLAR
Türkiyədə yaşayan dizayner və modelyerlik fəaliyyəti ilə məşğul olan əslən serbiyalı İvana Sert Bakıya gəlib.
News24.az-a danışan İvana gələcək planlarından, Azərbaycan xanımlarından və müğənnilik fəaliyyətindən bəhs edib.
- Xoş gəlmisiniz. Azərbaycana bu dəfəki gəlişiniz nə ilə bağlıdır?
- Xoş gördük. Azərbaycanı, xalqınızı çox sevirəm. Çox istiqanlı, sadə və mehribansınız. Qadınları olduqça baxımlıdır. Ümumilikdə ölkəniz sevgi doludur. Ona görə də bu isti münasibət qarşılıqlıdır. Pozitiv insanları çox sevirəm, siz də eləsiniz. Həyatımda atdığım hər bir addımımı, gördüyüm işimi sevgi ilə edirəm. Neqativ məqamları dərhal həyatımdan silirəm. Gülən simalara qarşılıq verərək, onlara da təbəssümlə yanaşıram. Bu dəfə gəlmə səbəbim bir restoranın açılışı, həmçinin, televiziya layihəsidir. Müğənni Roza Zərgərli, stilist Qusik Simonla bir moda layihəsini ərsəyə gətirəcəyik. Güman edirəm ki, hər şey çox gözəl olacaq. Çünki bu cür proqramlar vasitəsilə bir çox zövqlu, istedadlı insanları ortaya çıxardırıq, onları yaradıcılıq uğurlarına səsləyirik. Yarışmacılara istər iş baxımından, istərsə də, arzularını reallaşdırmaları üçün köməklik göstəririk.
- Anladığım qədər sevənləriniz sizi artıq yalnız Türkiyə kanallarında yox, Azərbaycan teleməkanında da görəcəklər...
- Bəli, haqlısınız. Bundan sonra sizin kanallarınızda da görünəcəm. Biz qardaş ölkələrik, bir-birimizi çox sevirik. Ona görə də harda olmağımın fərqi yoxdur. Mən hətta Türkiyə ilə Azərbaycanı tək ölkə kimi görürəm. Artıq bura öyrəşmişəm, çünki sevdiyim torpaqdayam. Məhz bu səbəbdən də, aldığım hər bir ortaq işə müsbət yanaşıram. Roza xanımla isə bizi Qusik tanış etdi. Onu da çox sevdim.
- Azərbaycan aşiqisiniz. Bəs, xanımlarımız haqda fikirləriniz nə yöndədir?
- Düzdür, xanımlarınız çox baxımlıdır, amma tərz baxımından sizin qadınlarınız göstərişi və estetik əməliyyatları daha çox sevirlər. Amma onlar bunu daşıya bilirlər. Mən isə daha çox sadəliyin tərəfdarıyam. Hər şey qədərində olmalıdır. Çünki, bir neçə dəfə bıçaq altına girəndən sonra bu, insanda bir növ vərdiş yaradır. Mən heç bir estetik əməliyyat etdirməmişəm, yalnız botoks.
- Əməliyyatlara qarşısınız. Bəs, qocalmaqdan qorxmursunuz?
- Heç kim qocalmağı istəməz. Mən zamanı durdurmaq üçün müəyyən işlər görürəm. Məsələn, hər gün düzənli şəkildə idmanla məşğul oluram, yediyimə-içdiyimə diqqət edib sağlam qida, detokslar qəbul edirəm. Mütəmadi olaraq üz və cildimə qulluq üçün prosedurlara gedirəm. Belə şeylər çox vacibdir. Nə qədər özünə yaxşı baxsan, bir o qədər gec qocalacaqsan. Qadınlarla yanaşı kişilər də özlərinə qulluq etməlidirlər.
- Kişilər və qulluq. Çox vaxt bu ifadələri bir-birinə zidd sayırlar...
- Düzdür, həm sizin, həm də bizim bəylərimizdə bir az maçoluk, qısqançlıq, sərtlik olduğuna görə bu cür prosedurlardan istifadə etmirlər. Kişilərdə botoksu sevmirəm, çünki müəyyən cizgilər yoxa çıxır. O, mimikalar bəyləri daha xarizmatik göstərir. Yəni botoks edib qadına oxşamasını heç kim istəməz. Amma müəyyən masaj növləri, dəriyə qulluq prosedurları var ki, üzə, dəriyə çox xeyirdir. Məncə, pedikür, manikür da elətdirməlidirlər.
- “Youtube”da VLOGunuz da var...
- Bəli. VLOGda özümə aid bütün məlumatları verirəm. İzləyicilərimin isə ən çox sevdiyi videolarım məhz bazarda çəkilənlərdir. İnanın, mən hətta gerçək həyatımda da o bazarlardan alış-veriş edirəm. Orda o qədər keyfiyyətli paltarlar tapmaq olar ki...Parçadan anlayışım olduğundan yaxşı malları seçə bilirəm. Şık görünmək bahalı, marka geyinmək deyil. Varlı olmağınıza ehtiyac yoxdur. Marka qurbanı da olmamalıyıq. Amma saxta heç nə geyinmərəm. Pulum yoxdursa, onu almaram. Mən yalan olan heç nəyi sevmirəm. Türkiyədə bu cür saxta markalar çoxdur. Saxta bir şeyi əlimə alsam, çox pis olaram.
- İvana Sert. Özünüz də, soyadınız kimi sərtsiniz?
- Qətiyyən. Çox yumuşaq insanam. Əgər, kimsə mənə pislik etsə, ona o cür qarşılıq vermərəm. Özümə nə arzu edirəmsə, qarşımdakılara da eynisini istəyirəm. Mən kimdənsə daha uğurlu ola bilərəm, amma bu, kiməsə pislik edə bilərəm demək deyil.
- “İştə benim stilim” layihəsində sizinlə eyni münsif kürsüsündə əyləşən Nur Yerlitaşla əlaqəniz var?
- Təbii ki, görüşürük. Ən yaxın zamanda onun sağalmasını istəyirəm. Çünki, Nur Yerlitaş çox zövqlü, peşəkar xanımdır, moda sektorunda zəhmətləri olub. Onun yoxluğu çox hiss olunur.
- Deyirlər, müğənnilik sevdasına düşmüsünüz...
- Əslində, mənim musiqi təhsilim var. Konservatoriyanı bitirmişəm, 7 il piano ifa eləmişəm, bəstələrim var. Sadəcə, bunu heç kim bilmirdi. Türkiyə televiziyası məni ancaq moda sahəsində tanıtdı. Musiqi ikinci planda qaldı. İlk mahnım “İmalat Hatası” adlanırdı. Eşitdiyim ilk saniyədən onu çox sevdim. O mahnıda Balkan ab-havası hiss olunur. Sözlər Şehrazata, musiqisi Murat Yetere aiddir. Libaslarımı Hakan Akkaya hazırladı Klipi isə Metin Arolat çəkdi. Düşünürəm ki, Türkiyədə ikinci elə bir klip ola bilməz. Bir sözlə, sevdiyim işi gördüm. İndi ara-sıra səhnələrə çıxıram. Mən müğənni deyiləm, amma bu işi bilirəm. Hazırda ikinci mahnı üzərində çalışıram.
- Mahnı oxuduğunuza görə sizi çox tənqid elədilər...
- Bizim xalqımız belədir. Mən Türkiyəyə köçdüyüm ilk günlərdə haqqımda nələr-nələr yazdılar. Dedilər, türk dilində heç bir kəlmə belə bilmir, bu necə Münsiflər kürsüsündə oturacaq? Sonra illər keçdi və mən özümü sübüt elədim, xalq da məni çox sevdi. Tənqid eləməyə hər kəs hazırdır. Heç kim “çox gözəl klip çəkdi, mahnı oxudu, halal olsun sənə” deməz. Bilirsiniz, mən illər öncə Türkiyəyə ilk addım atdığım günlərdə Ahmet Kayanın “Qum kimi” mahnısını eşidib sevmişdim. O, zamanlar türk dilini yaxşı bilmədiyimdən, sözlərini tam aydın şəkildə anlamırdım. Amma sonralar o mahnıya aşıq oldum. Çünki mən də müharibə şəraitində yaşamışam. O, mahnını əzbərlədim, içimdə yaşatdım. Onu bir dəfə səhnədə oxudum, inanın, nələr dedilər. Amma bunların heç biri məni incitmədi, dəyişmədi, əksinə daha da həvəsləndirdi. Tənqid olmalıdır, yoxdursa, deməli sən də yoxsan. Mahnı oxumaq mənim üçün çətin deyil. Onu əzbərləyib ən gözəl şəkildə təqdim edə bilərəm. Sadəcə, ilk mahnımda bir az ləhçəmi saxladıq, amma növbəti mahnılarımı tər-təmiz oxuyacağam. Dili isə elə danışa-danışa, verilişlərdə şərh edə-edə öyrəndim. İnsanlar danışığımı bu cür sevirlər.
- Sevda Demirellə bir qalmaqal yaşadınız...
- Efirlərin birində mənə bu xanımla bağlı sual verildi, mən də tanımadığımı dedim. Ondan sonra xoşagəlməz hadisələr yaşandı. Axı, mən hər kəsi tanıya bilmərəm, buna məcbur da deyiləm. İnanın ki, bizim evdə heç televizora baxan yoxdur. Öz verilişimi cəmi beş, altı dəfə izləmişəm. Qarşı tərəf bir az reklam məqsədi ilə bu çıxışları etdi. Yəqin reklama ehtiyacı vardı. Mən isə daim öz işimlə məşğul oluram, dedi-qodunu sevmirəm.
- Türkiyədə bu yaxınlarda çox üzücü bir hadisə yaşandı. Sənətçiləriniz zəlzələ qurbanlarına maddi baxımından köməklik göstərdilər. Siz bu aksiyaya qoşulmusunuz?
- Bəli mən də dəstək oldum, amma rəqəmlər önəmli deyil, əsas dəstəkdir. Zəlzələ çox dəhşətli bir şeydir. Allah heç kimə göstərməsin. Dünyasını dəyişənlərə baş sağlığı, qalanlara şəfa diləyirəm. Azərbaycan belə vəziyyətlərdə daim Türkiyəyə dəstək olur. Bu dəfə də belə oldu. TV8 və “Acun Mediya”sı da köməklik əlini uzatdı. Medianın gücünün nə qədər böyük olduğunun bir daha şahidi olduq. 2020-ci il yaxşı başlamadı. Zəlzələlər, viruslar. Bunlar insanlara çox pis təsir göstərir. Mən də bir anayam. Təbii ki, ona görə narahat oluram, amma məncə, insanlar ancaq müsbətə yönəlməlidirlər. Pis heç nəyi düşünməyin və panikaya düşməyin. Düşüncələrinizi neqativə kökləməyin.
- Oğlunuzdan danışdınız. Niyə gəlmədi?
- Oğlum atası ilə bir yerdə qış tətilindədir. Televiziya layihələrimiz başlasın, onu da gətirəcəyəm.
Müxbir: Sevda Bayramova
FOTO: Adil Ağayev