Beynəlxalq Türk Akademiyası Elmi Şurasına sədrlik Azərbaycana tapşırıldı
    • 30-01-2020, 11:19
    • 798

Beynəlxalq Türk Akademiyası Elmi Şurasına sədrlik Azərbaycana tapşırıldı

Beynəlxalq Türk Akademiyası Elmi Şurasına sədrlik Azərbaycana həvalə edilib.

News24.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
Nazir bildirib ki, Türk Dövlətləri əməkdaşlıq platforması çərçivəsində Beynəlxalq Türk Akademiyasının elmi şurasının 3-cü iclası və toplantısı keçirilir: "Beynəlxalq Türk Akademiyasının nizamnaməsinə əsasən, Elmi Şuraya rəhbərlik hər il bir ölkəyə həvalə olunur. Ötən il isə Qırğızıstan rəhbərlik edirdi. Bugünkü tədbirdə bütün türkdilli dövlətlərin, beynəlxalq nümayəndəliklər iştirak edir''. 

Afaq Mirayiq