Bu gün yəhudilər Yeni il bayramını qeyd edirlər - Yəhudi bayramları barədə maraqlı faktlar
    • 7-09-2018, 18:30
    • 2 932

Bu gün yəhudilər Yeni il bayramını qeyd edirlər - Yəhudi bayramları barədə maraqlı faktlar

Bu gün əsrlər boyu Azərbaycanda xalqımızla çiyin-çiyinə, mehriban şəraitdə yaşamış yəhudi xalqının  Yeni il bayramı- Roş Aşana bayramı qeyd edilir. Bu münasibətlə News24.az kollektivi olaraq ölkəmizdə və dünyada yaşayan bütün yəhudiləri təbrik edirik. Bu xalqın mədəniyyətində olan bir-neçə maraqlı bayram ənənəsi barədə məlumatı diqqətinizə çatdırırıq:

 Hər ölkənin, hər dinin özünə məxsus adət-ənənəsi olduğu kimi, bayramları da var.

 1.Tu-Bışvat (ağac bayramı)- Bu bayramda insanlar yeni ağaclar əkərək bayram keçirdirlər. Ənənə halına gələn bu bayram, insanlar tərəfindən çox sevilir.
2.Roş Aşana- Yeni il bayramı olaraq bilinən Roş Aşana,insanların günahlarından təmizləndikləri və küsülülərin barışdığı bir gün kimi qeyd olunur.

3.Yom Kipur -Dini bayramlar içərisində xüsusi yeri olan Yom Kipur da  insanlar iki gün ac qalaraq, günahlarından təmizləndiklərini düşünürlər.

4.Tişa Be-Av Birinci və ikinci Beth-Amikdaşın yandırıldığı gün, insanlar tərəfindən matəm olaraq qeyd edirlər və iki gün oruc tuturlar. 5.Şavuot “Biçim” bayramı kimi qeyd olunan Şavuot, ilk taxılın biçilməsi ilə başlayıb, bitənə qədər davam edir.

Şəlalə Ağayeva